tənzimləyici klapan

ру регулирующий клапан en control valve de Steuerventil fr valve de contrôle es válvula de control it valvola di regolazione
tənzimləyici kəmiyyət
tənzimləyici qurğu
OBASTAN VİKİ
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Avtomatik tənzimləyici
Avtomatik tənzimləyici – texnoloji prosesin gedişini, yaxud aparat və qurğuların iş rejimini xarakterizə edən parametrləri avtomatik tənzimləyən qurğu və ya qurğular kompleksi. Prosesləri lazımi rejimdə saxlayan sadə quruluşlar (su saatlarındakı səviyyə tənzimləyicisi, fırlanma sürətini tənzimləyən rəqqaslar və s.) hələ qədim zamanlardan məlum idi. İ. İ. Polzunovun qazanda suyun səviyyəsini sabit saxlayan üzgəcli tənzimləyicisi (1765), C. Uattın buxar maşını valının fırlanmasını sabitləşdirmək üçün hazırladığı tənzimləyici (1784) sənayedə geniş tətbiq edilən ilk tənzimləyicilərdir. Avtomatik tənzimləyici həssas elementin (vericinin) köməyilə tənzimlənən kəmiyyəti, yaxud həyəcanlandırıcı təsiri ölçür, çevirici və ya hesablama qurğusu vasitəsilə obyektin tənzimlənən orqanına təsirlər hasil edir. Tənzimləyici təsir obyektin tənzimlənən (icra) orqanına birbaşa həssas elementdən (birbaşa təsirli tənzimləyici), ya da əvvəlcədən gücləndirildikdən sonra (dolayı təsirli tənzimləyici) verilə bilər. Avtomatik tənzimləyicinin tərkibində tənzimləmə prosesinin dayanıqlılığını və lazımi keyfiyyətini təmin edən kompensasiya qurğusu da ola bilər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0. M. Horn, N. Dourdoumas: Regelungstechnik.
PİD tənzimləyici
Proporsional-inteqral-diferensial tənzimləyici (PİD tənzimləyici) — əks-əlaqəli idarəetmə dövrəsində istifadə olunan idarəedici qurğu. PİD tənzimləyici avtomatik idarəetmə sistemlərində idarəedici siqnalın formalaşması üçün lazımi dəqiqlik və keyfiyyətdə keçid prosesinin əldə edilməsi məqsədi ilə istifadə olunur. Bu tənzimləyici fasiləsiz olaraq tapşırıq siqnalı və prosesin ölçülmüş dəyişəni arasında fərq kimi e ( t ) {\displaystyle e(t)} xətanın qiymətini hesablayır və proporsional, inteqral, diferensial tənzimləmə qanunları əsasında sistemə düzəliş tətbiq olunur. Bu əsasən mühərriklərin və invertorların idarəedilməsində istifadə olunur.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. == Mahiyyəti == Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). == Nəzəriyyənin müsbət və mənfi cəhətləri == "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil == İstinadlar == == Ədəbiyyat == Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.